Ay və dəniz

Оaçıq ekranlar
Keyfiyyət Butonu
  • keyfiyyəti
  • keyfiyyəti
  • keyfiyyəti
  • keyfiyyəti
6-10-2019, 12:28
8
ekran əlavə sahəsi
Ay və dəniz
Hər bir insan öz əməl və rəftarları ilə taleyini dəyişdirə bilər. Xoşbəxtliyini bədbəxtliklə dəyişdirə bilər, ya da əksinə – bədbəxtliyi xoşbəxtliyi ilə dəyişdirə bilər.
 
İnsan taleyinin dəyişmə zamanı isə Qədr gecəsində baş verər. Əslində Qədr gecəsi əməllərin insanı hansı səmtə aparacağını müəyyən edər və birillik taleyini təqdim edər. Hər kim bir il ərzində Allahın əmrlərini yerinə yetirib, Ona itaət edibdirsə – onun üçün birillik xoşbəxtlik hökmü yazılar.
 
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, o zaman ki, Qədr gecəsi gəlib çatar, mələklər, Ruh və Allahın yazanları dünyaya enərlər. Onlar bir il ərzində baş verən İlahi qəzaları yazarlar. O zaman da Allah iradə edər ki, hansısa şeyi əvvələ salsın və ya təxirə salsın, o cümlədən, istədiyi şeyi də məhv etmək üçün əmr verər. Sonra iradə etdiklərini həyata keçirər.
 
Ona görə də deyə bilərik ki, insan taleyinin bir il ərzində təyin olunması Qədr gecəsində baş verər. Ancaq bu mövzu insanın bir illik rəftar və əməllərini hesaba alandan sonra qeydə alınar.
 
Hər bir insanın bu illik taleyi başqa illərdə olan taleyi ilə eyni olmaz, həmişə dəyişilər. Onun üçün müxtəlif imtahanlar yazılar. Bütün bunların hamısı insanın birillik əməllərindən çox asılıdır.
 
Mömin olmaq istəyən hər bir insanın bu həqiqətdən xəbəri vardır. Ona görə də həmişə çalışar ki, Allahın razı olduğu əməlləri yerinə yetirsin və Onu qəzəbləndirən əməllərdən çəkinsin. İlk edəcəyi şey – istiğfar olar. Tövbə sayəsində təmizlənər və sonra əməllərini hesaba çəkər. İslam əxlaqına əməl edər və rəzil sifətlərini aradan qaldırmaq üçün səy göstərər. Öz taleyinin yaxşı tərəfə getməsinə yardım edər. (Həvzəh)
 
Allah Təala bizləri əməlisalehlərdən qərar versin!
 
Kateqoriyalar: İctimai / Romantika / Xüsusi
Şərhlər(0)
Yaz
Şərh yaz
yenilə, əgər kod görünmürsə
Related: